Gənc Təbiblərin Almaniya Forumunun ilk günləri hansı hadisələrlə yadda qaldı?-FOTOSESSİYA
Almaniyanın Manhaym şəhərində Avropada tibb təhsili alan azərbaycanlı tələbələrin və gənc həkimlərin II forumu keçirilir. Forum "Biliyə Əsaslanan Səhiyyə Naminə" devizi altında təşkil olunub. SİA-nın xəbərinə görə, 150 gənc təbibin iştirak etdiyi tədbir Gənc Təbiblərin
Almaniya Forumu AzerMDS və ASAİF-in təşkilatçılığı və Gənclər və İdman Nazirliyi,
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) və AİRMED şirkətinin texniki dəstəyi
ilə keçirilir.
İlk belə forum 2011-ci ildə Mannhaim şəhərində olub. Builki II forum iyulun 14-17-də Almaniyanın Manhaym və Haydelberq şəhərlərində keçirilir və dünyanın ən qədim universitetlərindən biri olan Haydelberq Universiteti (bu il 626 yaşı qeyd olunub) və Azərbaycan Tibb Universitetinin elmi və metodiki dəstəyi ilə ərsəyə gəlib. Forumun məqsədi səhiyyə idarəetməsi və fərqli tibbi ixtisaslar sahəsində mövcud olan ən müasir biliklərin ölkəmizə nəql edilməsi və bu biliklərin Azərbaycan vətəndaşlarının sağlamlığı naminə tətbiq edilməsinə töhvə verməkdir. Forum, həm də dünyanın müxtəlif ölkələrində təhsil alan və işləyən azərbaycanlı gənc həkimlər arasında, eləcə də onlarla ölkəmizin səhiyyə qurumları arasında dinamik və yaradıcı ünsiyyətin formalaşmasına yardım məqsədi daşıyır.
Forumun açılışı iyulun 14-də olub. Tədbirin açılışını Haydelberq Universiteti Manhaym Tibb Fakültəsinin Cərrahiyyə klinikasının direktoru Stefan Post edib. O deyib ki, biz Manhaymi Azərbaycandan olan gənc təbiblərin bir mərkəzi hesab edirik. Bu əməkdaşlıq 10 il əvvəl başlayıb və bu gün gözəl nəticələri var. Biz bir çox ölkələrdə əməkdaşlıq edirik, amma deyə bilərəm ki, burada təhsil alan azərbaycanlı tələbələrin göstərdiyi nəticələr, əldə etdiyi uğurlar ən yaxşılarındandır. Sonra çıxış edən Azərbaycan həkimlər və təbib tələbələr ictimai birliyinin təsisçisi (AzerMDS), Mayns Universiteti Klinikası orqan transplantasiyası bölməsinin
həkimi Vüqar Yaqublu deyib ki, Azərbaycan səhiyyə sistemində və tibb təhsilində bir sıra məsələlərə yenidən baxılmalı, bu sahələdə olan problemlər çözülməli və dünyadakı, konkret olaraq Almaniya modelindeki üstünlüklər tətbiq olunmalıdır. Bunlar əsasən həkim - xəstə münasibətləri, həkimlərin özləri arasında münasibətlər, tibb sahəsində nəsillər arasında olan problemləri aradan qaldırmaqdır. Yəni, necə edək ki, tibbdə nəsil dəyişikliyi tez, asan, agrısız və hec kəs incdilmədən aparılsın. Çünki indi xaricdə tibb təhsili alan gənclər ölkəyə qayıtdıqca özləri ilə təkcə bilik deyil, həm də yeni texnologiyalar gətirirlər. onlar yenilənmiş sistemlə işləməli, bu sistemi özləri ilə gətirib tətbiq etməlidirlər. Və yeni texnologiyaların tətbiqinə Azərbaycandakı sistem hazır olmalı, gənclərin qarşısında məhz köhnə nəsil baryerləri olmamalıdır. Azərbaycanın bu islahatları aparacaq yeni kadrlara ehtiyacı var. Həmin kadrlar
sizsiniz\", - Vüqar Yaqublu belə deyib
Sonra millət vəkili Ceyhun Osmanlı gənc həkimləri salamlayıb. O deyib ki, buraya toplanan insanlar gələcəkdə Azərbaycnın tibbi elitasını formalaşdıracaqlar. Millət vəkili Almaniya tibb təhsilinin və ümumiyyətlə təhsil sisteinin özəliklərinə toxunaraq qeyd edib ki, tibb sahəsi üzrə bir neçə Nobel mükafatçısı məhz Almaniyadandır. Almaniya dünya tibb elminə böyük və tarixi tövhələr vermiş ölkədir. Biz tibb modeli olaraq Almaniyanın böyük təcrübəsindən yararalana, çox şey öyrənə bilərik və getdikcə inkişaf edən bu əməkdaşlığın perspektivləri var. Ceyhun Osmanlı əlavə edib ki, bu gün duya tibbində hələ də həllini tapmayan probmelər, əlacə tapılmayan xəstəliklər var. Bu məsələlərin həllində dünyann müxtəlif ölkələrində tibb təhsili alan gənclərin fəallığı, onıarın da tövhə verməsi ölkəmizin və xalqımızın başucalığıdır. Niyə də dünya tibb elmini problemlrinin həllində bizim rolumuz olmasın?! Bu gün buraya 150 gənc təbib toplaşıb, onlar ölkəmiz üçn yeni peşəkar dalğasıdır, səhiyyədə yeni nəsildir\".
Almaniyada tibb təhsili almış və öz sahəsi özrə yeniliklərə imza tməş Frankfurt Hote Universiteti Klinikasının burub-boğaz-qulaq bölməsinin şöbə müdiri Murad Şıxəliyev isə öz təcrübəsindən və onun Azərbaycanda da tətbiqindən danışıb. O, Koxlear implantasiya, yəni daxili qulağın protezləşdirilməsi özrə mütəxəssisdir. Bu implantasiya əsasən uşaqlarda anadangəlmə karlıqların və sonqaradan qazanışmış karlıqların aradan qaldırırılması məqsədilə aparılır. Murad Şıxəliyev deyib ki, artıq Azərbaycada 11 uşağa bu cür implant taxılıb. Bu cür uğurlu əməliyyatlar gələcəkdə də aparılacaq.
Tələbə və gənc təbiblər qarşısında Azərbaycanın Almaniyadakı səfirliyi adından səfirliyin müşaviri Rizvan Nəbiyev çıxış edib. O özü də 15 il əvvəl Almaniyada təhsil aldığını deyib və həmin dövrlə indiki imkanları müqayisə edib. Bildirib ki, indi Azərbaycan dövləti iqtisadi baximdan güclənib, beynəlxalq nüfüzu yüksəlib və gənclərimizn xaricdə təhsil almasi üçün qarşıda daha geniş qapılar açılıb.
Almaniyada təhsil almaq imkanlarından bəhrələnən gənclərə və bunun arzusunda olanlara müşavir səfirliyin bütün zəruri dəstəyi verməyə hazır olduğunu deyib. Rizvan Nəbiyev bu forumun Azərbaycan-Almaniya diplomatik münasibətlərinin 20 ilinin tamam olduğu dönəmə təsadüf etdiyini də vurğulayıb. O deyib ki, bu 20 il ərzində Azərbaycanla Almaniya arasında elm və mədəniyyət sahəsində əməkdaşlıq xüsusilə inkişaf edib. Almaniya dünyada 2-ci dövlətdir ki, Berlin Univeristetində Azərbaycan tarixi kafedrası açılıb. Azərbaycanla Almaniya arasında iqtisdi münasibətlər də yüksələn xətlə inkişaf edir. Artıq 2 ölkə arasında ticarət dövriyyəsi 2 milyard avrodan çoxdur, bu, yetərincə ciddi rəqəmdir. Almaniya ilə Azərbaycan arasında siyasi münasibətlərin səviyyəsini xarakterizə edən isə budur ki, Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk qərb dövlətlərindən biridir. Və biz də Avropada ilk səfirliyimizi məhz Almaniyada açmışıq.
Sonra söz daha bir Almaniya tibb sistemi təcrübəsini Azərbaycan gətirən mütəxəsis-
Azərbaycan Almaniya Ginekoloqlar Cəmiyyətinin sədri İslam Mahalova verilib. O da
öz tibb təhsilini Almniayada necə zənginəşdirdiyindən bəhs edib və gənc tələbələrə
tövsiyyələrini verib. İslam Mahalov bu forumu uğurlu ənənə adlandırıb və bildirib
ki, "ənənəni gösləmək lazım deyil, ənənəni qazanmaq lazımdır". O hesab edir ki, bu
ənənə davam etməli və daha da mükəməlləşdirilməlidir.
İxtisasca həkim olan millət vəkili İlham Məmmədov isə tibbi sığorta sahəsində dünya
təcrübəsi və Azərbaycan reallıqları barədə danışıb. O bildirib ki, 10 il əvvəl Milli Məclis tibbi sığorta haqda qanun qəbul etsə də, o qanun hələ də işləmir. Millət vəkili hesab edir ki, tibbi sığortanın işləməməsi Azərbaycan səhiyyəsini problemlərindən biridir, amma bu əsində problemdən daha çox köhnədən qalmış bəzi stereotiplərdən yaxa qurtara bilməməkdən irəli gələn çatışmazlıqdır. "Tibbi sığortanın ölkəmizdə uğurlu tətbiqi üçün sizlərin Azərbaycana dönüşü, onların gətiriyi biliklər, yenliklər və təcrübə tibbi söğortanın işə düşməsi üçün zəmin taradacaq"- deyə deputat bildirib.
Səhiyyə nazirliyi İctimai Səhiyyə və islahatlar mərkəsini direktr müavini Rahib Məmmədov isə bu forumun əhəmiyyətini yüksək qiymətləndirib. AzərbaycanAlman Tibb əməkdaşlıq assosiasiyasının rəhbəri, Almaniyada tibb təhsili almış və indi Azərbaycanda çalışan Qurbanxan Müslümovun çıxışı maraqlı olub. O, Almaniya cəmiyyətinin inkisaf fəlsəfəsindən və bunun tibb elminə, həkim-xəstə münasibətlərinə təsirindən danışıb. O hesab edir ki, bu cür tədbirlər aəzrbaycanlı gənc həkimlər arasında yeni ənənələr yaratmaqla yanaşı ciddi dönüşlərin də əsasını qoymalıdır. Biz almanlardan bilik və təcrübə aldığımız kimi, onlardan bəzi başqa şeyləri, o cümlədən Vətəni sevməyi, bütün çətinliklərə baxmayaraq Vətənin rifahı
üçün çalışmağı öyrənməliyik. Qurbanxan Müslümov belə deyib.
Nyu York Medical School-da təhsil almış və indi ABŞ-da çalışan Samir Babayev,
Türkiyənin İzmir şəhərində tibb təhsili alan Azadə ibrahimova öz təhsil və təcrübələri
barədə fikirlərini bölüşüblər. Azərbaycan Gənclər Fondu və onun layihələri barədə təqdimatla Fondun təmsilçisi Vaqif Seyidbəyov çıxış edib. O Fondun məqdəsi haqda gənc həkim və tələbələri məlumatlandırıb və deyib ki, Fond gənclərin təşəbbüslərinin dəstəklənməsi
məqsədilə yaradılıb. Vaqif Seyidbəyov gəncləri Fonda müraciət qaydaları ilə tanış
edib və onları quruma yeni layihələr təqdim etməyə çağırıb.
Qeyd edək ki, II Forum "Körpü seminarları" ilə davam edib. Bu seminarlar Azərbaycanda və xaricdə çalışan həkimlərimizə müxtəlif ixtisaslar üzrə bilik mübadiləsi aparmaq, birgə elmi fəaliyyət imkanlarını araşdırmaq, yeni təlim üsullarının müzakirəsi üçün imkan yaradır. Hər bir seminarı tərəfdaş alman klinikası təşkil edir və iştirakçılar klinikaların gündəlik fəaliyyəti ilə yaxından tanış olurlar. Körpü Seminarları və Təlimlər Mürəkkəb Cərrahiyyəyə gedən yol, Radiologiyanın Yenilikləri, Qastroenterologiyanın Yenilikləri, Ginekologiyanın Yenilikləri, Tibb Təhsilində Yeniliklər Crrahi vərdişlərin əsasları və digər mövzular üzrə keçirilir.
Təlimlərdə alman mütəxəsislər iştirak edir.
Forumun ilk günü, iyulun 14-də axşam iştirakçılar və qonaqlar üçün Mannheim şəhərində "Azərbaycan Gecəsi" adlı ziyafət təşkil olunu. Forum iyulun 17-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB