Azərbaycan və İran təhsil nazirləri birgə komissiya yaradır

Azərbaycan və İran təhsil nazirləri birgə komissiya yaradır

\"Azərbaycan və İran təhsil nazirlikləri dərsliklər bağlı məsələnin həllinə çalışmalıdır\". SİA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov iranlı həmkarı Həmidrza Babayi ilə görüşü zamanı bildirib. Misir Mərdənov qeyd edib ki, Azərbaycan tərəfi artıq bu məsələylə bağlı komissiya yaradıb. Sadəcə olaraq İranın fəaliyyətini artırmasını gözləyir. Təhsil naziri həmçinin əlavə edib ki, təhsil sahəsində hər iki ölkənin əməkdaşlığı mövcuddur: \"Bu gün Azərbaycanda yüzlərlə iranlı tələbə və magistr təhsil alır\".

Misir Mərdənov eyni zamanda bildirib ki, bəzən ölkələr arasında yaranan boşluq kənar qüvvələrin təxribatına yol açır. Bu da ölkələr arasında tarixi dostluğun zədələnməsinə səbəb olur. İranın təhsil naziri Həmidrza Babayi də əməkadaşlığın güclənməsində maraqlı olduğunu söyləyib.


Bundan başqa iranlı nazir qeyd edib ki, hər iki ölkə tələbə mübadiləsinin sayını artırmalıdır. Eyni zamanda qonşu ölkələr təhsil sahəsində təcrübə mübadiləsi etməlidir. İranlı qonağın sözlərinə görə, Azərbaycanla İran arasındakı müştərək tellər kənar güclərin qısqanclığına səbəb olur. Nəticədə ölkələr 0

arasında müəyyən problemlər yaranır. Həmidrza Babayi bildirib ki, bu cür problemlərin aradan qaldırılması üçün ölkələr səylərini artırmalıdır.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə