Daha sora çıxış edən ATİ-nin rektoru Cəfər Cəfərov deyib ki, institut ölkə başçısı İlham Əliyevin 2005-ci ilin 25 avqustunda verdiyi fərmanla yaranıb: "Hazırda ATİ-də bakalavriat səviyyəsində 11 ixtisas üzrə 1395 tələbə təhsil alır. Onların əksəriyyəti ölkədə yeni fəaliyyətə başlamış turizm müəssisələrində və "beş" ulduzlu mehmanxanalarda əmək fəaliyyətinə başlayıb. 2010-2011-ci tədris ilindən etibarən ATİ-də magistratura səviyyəsində 3 ixtisası üzrə 19 tələbə təhsil almağa başlayıb. Hazırda bu təhsil səviyyəsi üzrə 41 nəfər təhsilini davam etdirir. 2011-2012-ci tədris ilindən etibarən isə institutda doktoranturaya qəbul başlayıb".
Rektorun sözlərinə görə, hazırda ATİ-də 8 ixtisas üzrə 16 nəfər fəlsəfə doktoru üzrə təhsil alır: \"Son 2 ildə ATİ-də məzun olanların sayı 288 nəfərdir. Bu il isə 210 nəfər məzun adına nail olub. Onlardan 206-sı bakalavr, 4-ü isə magistrdır\".
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çıxışında qeyd edib ki, kadr hazırlığı turizm sənayesi üçün ən əhəmiyyətli yer tutur: "Artıq 3-cü dəfədir ki, institutda məzun buraxılışı həyata keçirilir. Bu gün ATİ-də həm bakalavriat, həm magistratura, həm də doktorantura üzrə tədris planları həyata keçirilir".
Nazirin sözlərinə görə, ATİ Azərbaycanda yeganə ali məktəbdir ki, ikili diplom verir. ATİ-nin məzunları artıq dünyanın bütün yerlərində diplomları tanınaraq işə qəbul oluna bilərlər: \"Bır sıra xarici ölkələrin də tələbələri artıq ATİ-də təhsil alırlar"-deyə, nazir əlavə edib.
Qeyd edək ki, Ə.Qarayev tədbirdə Avstriya hökumətinin "Qızıl" medalı ilə təltif edilib. Mükafatı nazirə Avstriya hökuməti adından həmin ölkənin Azərbaycandakı səfiri təqdim edib. Mükafat nazirə Azərbaycanla həmin ölkə arasındakı turizm sahəsi üzrə iki tərəfli əlaqələırin inkişafına görə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB