Almaniyada Gənc Təbiblərin 2-ci Forumu keçiriləcək

Almaniyada Gənc Təbiblərin 2-ci Forumu keçiriləcək

14-15 iyul tarixində Almaniyanın Mannheim şəhərində Gənc Təbiblərin 2-ci Almaniya Forumu keçiriləcək. Forum AzerMDS və ASAİF-ın təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) dəstəyi ilə keçirilir. Gənclər Fondundan SİA-ya verilən xəbərə görə, Almaniyanın Mannheim və Heidelberg şəhərlərində keçiriləcək forum dünyanın ən qədim universitetlərindən biri olan Heidelberg Universiteti və Azərbaycan Tibb Universitetinin elmi və metodiki dəstəyi ilə ərsəyə gəlib.


Forumun məqsədi səhiyyə idarə etməsi və fərqli tibbi ixtisaslar sahəsində mövcud olan ən

müasir biliklərin ölkəmizə nəql edilməsi və bu biliklərin millətimizin sağlamlığı naminə tətbiq

edilməsinə töhvə verməkdir. Forum, həm də dünyanın müxtəlif ölkələrində təhsil alan və işləyən azərbaycanlı gənc həkimlər arasında, eləcə də onlarla ölkəmizin səhiyyə qurumları arasında dinamik və yaradıcı ünsiyyətin formalaşmasına töhvə verməyi qarşısına məqsəd qoyub.


Forumda Gənclər Fondunu fondun Layihələr və Regionlarla İş sektorunun müdiri Vaqif

Seyidbəyov təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə