\"Qan Donorları Assosiasiyası" , "Marneuli Gənclər Mərkəzi" və "İRƏLI" İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin rəsmi açılışı Gürcüstanın Marneuli şəhərində icra hakimiyyətinin qarşısında açıq havada baş tutub. SİA-nın xəbərinə görə, tədbiri giriş sözüylə Marneuli Gənclər Mərkəzinin namayəndəsi Emin Əhmədov açıb və bu layihədə iştirakdan məmnun olduqlarını bildirib. O qan donorları arasında şəbəkələşmə, sağlam həyat tərzini inkişaf etdirmək sahəsində bu cür layihələrin keçirilməsini təqdirəlayiq adlandırıb.
Daha sonra tədbirdə Qan Donorları Assosasiyasının sədri, layihənin rektoru Fuad Əskərov çıxış edib. O layihə haqda qonaqlara məlumat verib, daimi, könüllü qan donorlarından ibarət donor şəbəkəsini yaratmaq üçün bu tip layihələrin keçirilməsinin vacibliyini vurğulayıb, layihəyə dəstək verən bütün təşkilatlara öz minnətdarlığını bildirib. Ardınca tədbirdə Marneuli icra başçısı Zaza Dekanoidze, \"İrəli\" İctimai Birliyinin nümayəndəsi İmam Quliyev, Kvemo Kartli (Borçalı) bölgə qubernatorunun müavini Koba Kobiaşvili, Gürcüstan parlamentinin üzvü Azər Süleymanov, \"MƏN\" Corporate Branding içraçı direktoru Sahil Balazadə çıxış edərək layihə iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, layihə Gürcüstan Reinteqrasiya
Nazirliyi, ARDNŞ-ın (SOCAR) Gürcüstan nümayəndəliyi, Marneuli İcra Hakimiyyətinin
dəstəyiylə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB