Uzun müddət hərəkətsiz qalmaq insanın ömrünü qısaldır

Uzun müddət hərəkətsiz qalmaq insanın ömrünü qısaldır

Uzun müddət hərəkətsiz qalmaq insan ömrünü qısaltdığı müəyyən olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına əsasən, İngiltərənin tibb jurnallarının birində yazılan araşdırmada qeyd olunub ki, gün ərzində 3 saatdan az oturmaq insanın həyatını 2 il uzadır.

Qeyd edək ki, məsələ ilə əlaqədar ABŞ Xərçəng Birliyi tərəfindən 123 min 216 insan ilə aparılan sorğuya əsasən məlum olub ki, gün ərzində 6 saatdan çox hərəkətsiz qalanların ölüm riskinin, 3 saatdan az hərəkətsiz qalanlardan daha yüksəkdir. Kişilərdə ölüm riskinin yüzdə 17, qadınlarda isə yüzdə 37 olduğu müəyyən olunub. Lozanna Universitetində aparılan araşdırmalar nəticəsində isə məlum olub ki, çox oturmaq qıç əzələlərini hərəkətsiz saxlayaraq, qandakı şəkər və yağ nisbətinə pis təsir göstərir. Eyni zamanda uzun müddət oturaraq, televizora çox baxmaq və ya kompyuterdə işləmək həyat müddətini qısaldır.

Məlumat üçün bildirək ki, Dünya Sağlamlıq Təşkilatı sağlam və uzun ömürlü olmaq üçün, 150 dəqiqəlik fiziki fəaliyyət və ya idmanla məşğul olmağı tövsiyə edir.

Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə