Şəkərli diabetdən necə qurtulmalı?

Şəkərli diabetdən necə qurtulmalı?

ABŞ-dakı Şimali Karolina Universitetinin alimləri şəkərli diabetin müalicəsinin yeni metodu ilə bağlı araşdırmanı başa vurublar


Amerikalı alimlər sübut ediblər ki, antikorların inyeksiyası laboratoriya siçanlarındakı I tip diabetin inkişafını dayandırıb.


"Xinhua" bildirir ki, amerikalı alimlərin araşdırmasının nəticələri "Diabetes" jurnalında dərc olunub. Onlar bildirirlər ki, iki inyeksiya orqanizmin immun sisteminə zərər vermədən xəstəliyi remissiya mərhələsində saxlaya bilər.


Beləliklə, immun terapiyasının qısa kursunun effektivliyi ilk dəfə nümayiş olunub.


I tipli, yəni insulindən asılı şəkərli diabet zamanı orqanizmin immun sisteminin hüceyrələri mədəaltı vəzin toxuma hüceyrələrinə hücum çəkir və nəticədə insulin ayrılması dayanır. Adətən patogenləri öldürən ifrat dərəcədə aktiv T hüceyrələr bu zaman xüsusi rol oynayırlar.


I tipli diabet istənilən yaşda yaransa da, pasiyentlərin əksəriyyəti yaşı 30-dan az olan şəxslərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə