Rus bölməsi abituriyentlərinin nəticələri açıqlandı

Rus bölməsi abituriyentlərinin nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənnindən imtahan keçirib. SİA-nın xəbərinə görə, imtahanın nəticələri iyulun 7-də saat 15:20-dən etibarən TQDK-nın internet saytında yerləşdiriləcəkdir. İmtahan nəticələri barədə məlumatı Azercell, Bakcell və Nar Mobile nömrələrindən abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.


İmtahanda iştirak etmiş abituriyentlərdən 1603 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul" qiyməti alıblar.


Azərbaycan dili imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikasının ali məktəblərinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə