IV Riyaziyyat –Məntiq Olimpiadasının qalibləri mükafatlandırıldı-FOTO
Qafqaz Universiteti Tələbə Gənclər Təşkilatı, Pi tələbə dərnəyi, Araz kursları və Təhsil Nazirliyi ilə birgə IV Riyaziyyat – Məntiq Olimpiadası keçirib. SİA-nın xəbərinə görə, olimpiada iki mərhələdə keçirilib. Birinci mərhələdə iştirak edən 3500 şagird içərisindən 100 şagird seçilib. İkinçi mərhələdə isə bu 100 şagirddən otuzu olimpiadanın qalibi seçilib. Qafqaz Universitetində IV Riyaziyyat –Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi təşkil edilib. Mükafatlandırma mərasimində Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hüseynova, Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisi Musa
Həsənov, Qafqaz Universitetinin professor və müəllim heyəti iştirak edib.
IV Riyaziyyat Məntiq Olimpiadasının ən yüksək pilləsində yer tutan, I Yerin sahibi Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin şagirdi Toğrul Rəsulov, II Yerin sahibi Sumqayıt şəhəri 5saylı orta məktəbin şagirdi Natella Manafova, III Yerin sahibi Sumqayıt şəhəri texniki və təbiət elmləri liseyinin şagirdi Cavid İslamlıya Netbook, digər qaliblərə E-Booklar hədiyyə edilib.
Təhsil Nazirliyi Elm şöbəsinin müdiri Gültəkin Hüseynova qaliləri təbrik edərək onlara gələcəkdə daha uca zirvələri fəth etməyi arzulayıb. Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nadir Ağayev olimpiadanın keçirilməsinin faydalı və vacib olduğunu vurğulayaraq, qalib şagirdlərlə fəxr etdiyini diqqətə çatdırıb.
Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin rəisi Musa Həsənov olimpiadanın təşkilində əməyi olan hər kəsə, xüsusilə də Qafqaz Universiteti Pi klubu üzvlərinə minnətdarlıq hisslərini bildiriblər.
Mərasimdə \"Oracle Certified Professional, Java SE 6 Programmer\" Beynəlxalq miqyasda Java proqramçılarının bilik səviyyəsini müəyyən edən sertifikatın sahibləri də mükafatlandırılıb. Hazırda dünyanın İT sahəsində ən böyük şirkətlərindən biri olan, Java proqramlaşdırma dilinin sahibi və dəstəkləyən Oracle şirkəti tərəfindən verilən bu sertifikatı əldə etmiş Qafqaz Universiteti Kompyuter Mühəndisliyi Bölməsinin III tələbələri Xəyyam Quliyev, Elşad Seyidməmmədov Java dilini istifadə edərək masaüstü və server sistemlərində çalışa biləcək proqramlar tərtib etmək üçün yetərli biliklərinin olduğunu sübut etmiş olublar. Sertifikatları qazanmış tələbələrlə xatirə şəkli çəkdirən Qafqaz Universitetinin rektoru Ahmet Saniçin "İnanıram ki, Sizlər Gələcəyin Nobel mükafatçıları olacaqsız. O zaman Mən də bu fotonu göstərərək Sizlərlə qürur duymuş olacağam" sözləri mərasimdə xoş ovqat yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB