Herman Van Rompuya ADU-nun fəxri doktoru adı verilib-FOTO

Herman Van Rompuya ADU-nun fəxri doktoru adı verilib-FOTO

Bu gün Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Azərbaycana səfəri

çərçivəsində Azərbaycan Dillər Universitetində olub. SİA-nın xəbərinə görə, tədbirdə Avropa Birliyinə daxil olan və digər ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin rəhbərləri, millət vəkilləri və ADU-nun professor-müəllim heyəti iştirak edib.


Açılış nitqilə çıxış edən ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov Herman Van Rompuyu Azərbaycan Dillər Universitetində görməkdən məmnun olduğunu bildirib. S.Seyidov çıxışında universitetin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında danışıb. O, Avropa Birliyinin prezidenti Herman Van Rompuyun ölkəmizə səfərini Azərbaycan üçün

tərəfdaşlığın və dostluğun əhəmiyyətli göstəricisi kimi qiymətləndirdiyini qeyd edib. Rektor S.Seyidov Azərbaycan-Avropa Birliyi arasında münasibətlərin bir çox sahələri əhatə etdiyini vurğulayıb. O, də Avropa İttifaqı Şurasının prezidentinin ADU-ya gəlişi bu təhsil müəssisəsi üçün xüsusi önəm daşıdığını və ADU-nun AB-nin TEMPUS layihəsində iştirak hüququnu əldə etdiyini onun nəzərinə çatdırıb. Azərbaycan Təhsil sistemində ilk dəfə olaraq ADU-nun AB-nin TEMPUS proqramının layihəsində rəhbərlik etdiyini vurğulayıb.


Daha sonra rektor Səməd Seyidov Azərbaycan və də Aİ arasında dostluq münasibətlərinin möhkəmlənməsində, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsində xüsusi xidmətlərinə görə Herman Van Rompuya ADU-nun fəxri doktoru adı verilməsi barədə

univeristetin Elmi Şurasının qərarını elan edbi və doktorluq diplomunu və mantiyasını qonağa təqdim edib.


Sonra çıxış edən də Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Azərbaycana birinci dəfə səfər etdiyini və bu səfərin Avropa Birliyi və Azərbaycan arasındakı əlaqələr haqqında fikir mübadiləsi aparmaq üçün böyük şans olduğunu bildirib. Eyni zamanda o, Azərbaycan Dillər Universitetində olmaqdan və bu təhsil müəssisəsinin fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu dilə gətirib. Çıxışı zamanı Herman Van Rompuy Azərbaycanın yerləşdiyi coğrafi məkan nöqteyi-nəzərindən unikal ölkə oduğunu qeyd edib. Azərbaycan ilə Aİ arasında dostluq və tərəfdaşlıq münasibətlərinin əhəmiyyətindən danışan Herman Van Rompuy Azərbaycanın həm hasilatçı, həm də tranzit ölkə kimi önəmini vurğulayıb və təşkilat ilə enerji əməkdaşlığını yüksək qiymətləndirib.


Çıxışnda Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Herman Van Rompuy münaqişənin həlli üçün vaxt lazımdır: "Bir gündə ev tikmək mümkün deyil, bir gün ərzində münaqişəni həll etmək və ya demokratiya qurmaq da mümkün deyil. Evi inşa etmək üçün kərpicləri bir-bir qoymaq lazımdır. Azərbaycan cəmiyyəti evin inşasını başa çatdırır və Avropa Birliyi bu məsələdə sizə dəstəyini davam etdirir".


Qeyd edək ki, tədbirdən öncə ADU-nun rektoru, professor Səməd Seyidov Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyu qəbul edib. Qonaq universitetin Fəxri qonaq kitabına öz ürək sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə