Gənc Xəzər Mühəndisləri İctimai Birliyinin(XMİB) universitet tələbələri üçün təşkil etdiyi 4-cü Yay Mühəndislik Məktəbi öz işini uğurla davam etdirir. Qafqaz Universitetindən SİA-ya verilən xəbərə görə, iki mərhələli seçim -test və müsahibə əsasında müxtəlif xarici və yerli universitetlərdə təhsil alan 20 tələbə proqramda iştirak etmək hüququ qazanıb. Yay məktəbinə 29 iyun 2012 tarixində start verilib və 5 iyul tarixinədək davam edəcək. Həmişəki kimi bu dəfə də XMİB Yay Məktəbi Qafqaz universitetində keçirilir. Ümumiyyətlə, CES və Qafqaz Universiteti əməkdaşlığı cəmiyyət yarandığı gündən yüksəksələn xətlə inkişaf edir və hər iki tərəf bu əməkdaşlıqdan çox məmnundur. Bunu öz müsahibələrində universitetin rektoru Ahmet Saniç qeyd edib.
Qeyd edək ki, bu layihə XMİB-nin keçirdiyi sayca 4-cü mühəndislik məktəbidir.İndiyə qədər XMİB müxtəli Yay və Qış məktəbləri təşkil edib.Proqramın təşkilində əsas məqsəd tələbələrə nəzəri biliklərələ yanaşı real sənayedə baş verən prosesləri aşılamaq, onların komanda şəklində işləmə qabiliyyətlərini inkişaf etdirmək, birgə zehni bilikləri bir yerə cəmliyərək komanda şəklində işləməyə alışdırmaq, tələbə mühəndis əlaqələrini inkişaf etdirmək, bir sözlə regionda mühəndisliyin inkişafına öz dəyərli tövhələrini verməkdən ibarətdir. Proqramda müxtəlif yerli və xarici şirkətlərdə çalışan peşəkar mühəndislər tərəfindən İnformasiya Texnologiyaları, Neft Mühəndisliyi,Kimya və Proses mühəndisliyi, Liderlik qabiliyyətləri, Layihələrin idarəedilməsi və digər mövzularda seminarlar təşkil olunur. Proqram ərzində
müxtəlif komanda oyunları, bilgi yarışmaları,istehsalat müəssisələrinə səyahətlər də keçirilir.
Yay məktəbinin Qapanış mərasimi 07/07/2012 tarixində Kempinski otelində təşkil ediləcək. Mərasimə bütün XMİB üzvləri ,İçtimayyətin Dövlət və media nümayəndələrinin və XMİB-nin fəaliyyətinə dəstək olan bütün şəxslər dəvətlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB