Gənclər və İdman Nazirliyi tərəfindən bu ildən etibarən ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə respublikanın müxtəlif regionlarında arxeoloji düşərgələr keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşərgənin təşkil edilməsində əsas məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumatların verilməsi idi.
Bununla əlaqədar olaraq nazirlik Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə 22 iyun tarixindən başlayaraq ali təhsil müəssisələrinin tələbələri üçün Qəbələ rayonunda arxeoloji düşərgələrə start verir. Düşərgədə 15-ə yaxın ali təhsil müəssisəsindən 80 nəfər gənc iştirak edib. Düşərgələrdə iştirak etmiş gənclərə Gənclər və İdman nazirliyi tərəfindən sertifikatlar və hədiyyələr təqdim ediləcək.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə" Dövlət Proqramının 6.7 bəndinə uyğun olaraq gerçəkləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB