Misir Mərdanov: \"Türkiyə və Rusiyada azərbaycanlı tələbələrin sayı çoxdur\" - MÜNASİBƏT
\"Azərbaycanda kənarda təhsil alanların sayı 10 mindən çoxdur. Dövlət proqramı çərçivəsində təhsil alanların sayı isə 1600-ə yaxındır. Təbi ki, dövlət onların bütün xərclərini ödəyir. Vətənə qayıdanda da həmin tələbələri işlə təmin etməyi öz öhdəsinə götürür\". SİA-nın məlumatına görə, bunu juranlsitlərə açıqlamasına təhsil naziri Misir Mərdanov bildirib.
Nazir həmçinin Azərbaycan tələbələrinin ən çox müraciət etdiyi və təhsil aldığı ölkələrin adlarını da açıqlayıb. Belə ki, həmin ölkələr sırasında Türkiyə və Rusiya əsas yerləri, Böyük Britaniya, ABŞ, Kanada və Fransa isə sonrakı yerləri təşkil edir. Həmin ölkələrin ali məktəblərində isə daha çox tibb sahəsi üzrə təhsil alınır. Bununla yanaşı, orada iqtisadiyyat sahəsi üzrə də ən çox müraciət olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB