Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı azalıb

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı azalıb

"Bakı Dövlət Universiteti üçün kompleks yataqxana tikilməsi ilə əlaqədar dövlət başçısının sərəncamı ilə vəsait ayrılıb. Gəncədə də üç universitet var. Bu baxımdan bu şəhərdə də Azərbaycan Aqrar Universitetinin ərazisində yataqxana kompleksinin tikintisi nəzərdə tutulur. Yataqxana komplekslərinin tikintisindən sonra Azərbaycanda təhsil almağa gələn əcnəbi gənclərin sayı artacaq". SİA-nın məlumatına görə, bu sözləri təhsil naziri Misir Mərdanov açıqlamasında bildirib.


Nazir onu da qeyd edib ki, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı azalıb. O, bunun səbəblərindən biri kimi Azərbaycanda yataqxana probleminin olmasını göstərib.


M. Mərdanovun sözlərinə görə, 2008-2009-cu illərdə BDU-da 1249 əcnəbi tələbə təhsil alırdısa, 2011-2012-ci tədris ilində bu rəqəm 724 olub. Tibb Universitetində isə 2008-2009-cu tədris ilində 444, 2011-2012 tədris ilində 261 əcnəbi təhsil alıb. Nazir digər universitetlərdə də bu sayın iki dəfə azaldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə