Nazir: “Bu il müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlərə birdəfəlik yerləşdirmə aparılacaq”
"Bu il müəllimlərin işə qəbulu ilə bağlı imtahanların nəticələrinə əsasən, vakant yerlərə birdəfəlik yerləşdirmə aparılacaq. Təkrar yerləşdirmələr olmayacaq". SİA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib.
"Bu il çalışacağıq ki, bu işi birdəfəlik başa çatdıraq. Ötən il biz əlavə təkrar yerləşdirmələr aparmışdıq. Əlavə söz-söhbətlər əmələ gəldi. Belə söhbətləri yersiz hesab edirəm. Minimal bal toplayan müəllimlər belə vakant yerlərə yerləşdirilsin",- deyə nazir əlavə edib.
Nazir onu da qeyd edib ki, orta biliyi olan müəllimlər imtahandan keçə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB