ATİ-nin “Məzun 2012-ci il” adlı buraxılış tədbiri keçiriləcək

ATİ-nin “Məzun 2012-ci il” adlı buraxılış tədbiri keçiriləcək
Azərbaycan Turizm İnstitutunun "Məzun 2012-ci il" adlı buraxılış tədbiri keçiriləcək. SİA-nın xəbərinə görə, tədbirə Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Təhsil naziri Misir Mərdanov və digər müvafiq nazirliklərin səlahiyyətli nümayəndələri, diplomatik korpus üzvləri, ölkəmizin dövlət, elm və mədəniyyət xadimləri, ATİ-nin beynəlxalq əməkdaş təhsil müəssisələrinin rəhbərləri və KİV nümayəndələri dəvətlidirlər.
Mərasimdə ATİ-nin bu ilki 206 nəfər məzununa fəxri diplomlar, milli diplom alan məzunlardan 25 nəfərdən çoxuna eyni zamanda Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomları və 4 nəfərə magistr pilləsini bitirmək haqqında ATİ-nin diplomu təqdim ediləcək. "Məzun 2012" adlı məzun törəni 12 iyul 2012-ci ildə, saat 19:00 da Hilton Baku Hotelində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə