Tələbə Qəbulu üzrə Dövlət Komissiyası builki məzunlara müraciət edib. SİA-nın xəbərinə görə, müraciətdə qeyd olunur ki, ümumtəhsil müəssisələrinin builki məzunlarından yalnız buraxılış imtahanlarında müvəffəq qiymət alanlar ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər. Həmin şagirdlərin (abituriyentlərin) attestat qiymətləri TQDK tərəfindən onların elektron ərizə formasında avtomatik olaraq yerləşdiriləcək.
Odur ki, ümumtəhsil müəssisələrini bu il başa vuran və buraxılış imtahanlarında müvəffəq qiymət alan şagird (Naxçıvan MR-da təhsil alan şagirdlər istisna olmaqla) ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermişdirsə, onun attestat qiymətlərinin təsdiqi üçün Sənəd qəbulu Komissiyasına müraciət etməsinə ehtiyac yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB