Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına müsabiqənin nəticələrini açıqlayıb. SİA-nın xəbərinə görə, nəticələr iyulun 2-də saat 19:30-dan etibarən komissiyanın internet saytında yerləşdiriləcək. Bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə biləcəklər. Qəbul olunanların siyahısı iyulun 3-də "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən 5020 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmuşdur. Qəbul olanlardan 3303 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1717 nəfəri isə əvvəlki illərin məzunudur. Qəbul olanların 2281 nəfərini oğlanlar, 2739 nəfərini isə qızlar təşkil edir.
Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar 2012-ci il iyulun 3-dən 12-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB