İyulun 3-də Azərbaycan Dillər Universitetində məzun günü keçiriləcək. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra tədbirdə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov məzunları təbrik edəcək. Sonra məzunlara fərqlənmə diplomları təqdim ediləcək. Bir nəfər universitet məzunu və valideyn çıxış edəcək. Tədbirdə şarların havaya buraxılması və atəşfəşanlıq olması da nəzərdə tutulub. Tədbir maraqlı konsert proqramı ilə başa çatacaq.
Qeyd edək ki, bu il universiteti fakültələr üzrə əyani şöbədə 1011, qiyabi şöbədə 80 nəfər, həmçinin universitetin magistraturasının əyani şöbəsini 123, qiyabi şöbəsini isə 36 magistr bitirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB