Magistraturaya ixtisas seçimi başa çatıb

Magistraturaya ixtisas seçimi başa çatıb

Ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi iyunun 30-da saat 12:00-dan etibarən başa çatıb. SİA-nın xəbərinə görə, ixtisaslaşma seçimində imtahanın ikinci mərhələsindəki nəticələri və ümumi balı TQDK tərəfindən müəyyən edilmiş minimal tələbləri ödəyən bakalavrlar iştirak ediblər. İxtisaslaşma seçiminə müsabiqə şərtlərini ödəyən 6861 bakalavr buraxılıb. Onlardan 6663 nəfəri internetlə ixtisasllaşma seçimi edərək təsdiqləyiblər.


Məlumat üçün bildirək ki, seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə