Müraciətləri araşdıran apelyasiya komissiyası öz işini yekunlaşdırıb
2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının iyun 24-də ikinci mərhələsinin məzmununa dair bakalavrların müraciətlərinə iyunun 27‑dən 29‑dək TQDK-da yaradılan apelyasiya komissiyası tərəfindən baxılıb. TQDk-dan SİA-ya verilən xəbərə görə, imtahan nəticələrinin araşdırılması və onların yenidən nəzərdən keçirilməsi ilə bağlı apelyasiya komissiyasına xeyli sayda müraciət edilib, o cümlədən 22 bakalavrdan yazılı müraciət daxil olub.
Müxtəlif ixtisaslar üzrə ekspertlərdən və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşlarından ibarət apelyasiya komissiyası imtahan nəticələrinin araşdırılması ilə bağlı müraciət etmiş bakalavrların iştirakı ilə onların imtahanda göstərdikləri nəticələri araşdırıb, onların test tapşırıqları və yazılı imtahan işləri ilə bağlı suallarına ətraflı cavab verib. Bakalavrların imtahanda yol verdikləri səhvlərin mahiyyəti və xarakteri onlara ətraflı izah edilib, bakalavrların yazı işlərinin qiymətləndirilməsi və imtahan nəticələrinin hesablanması ilə bağlı şübhələrinə aydınlıq gətirilib. Beləliklə, apelyasiya komissiyası iyunun 29-da öz işini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB