“Elektron təhsil” Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bu gün Təhsil Nazirliyində "Elektron təhsil" Respublika müsabiqəsinin qaliblərini mükafatlandırma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində elektron tədris resurslarından, intertnet texnologiyalarından istifadəni genişləndirmək, bu barədə təhsil ictimaiyyətini məlumatlandırmaq, internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və internetdən fəal istifadə edən müəllimləri həvəsləndirməkdir.
Onun sözlərinə görə, müsabiqə "2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dölət Proqramı" çərçivəsində hər il keçirilən respublika yarışmasıdır. Müsabiqə "Microsoft Azərbaycan", "İntel" korporasiyasının, "Gələcək üçün təhsil " proqramı, "Azedunet", "Ultra" və s. təşkilatların dəstəyi ilə həyata keçirilir: "Builki müsabiqə "Elektron tədris resursları" və "Təhsildə internet texnologiyaları" istiqamətləri üzrə təşkil olunub. "Elektron təhsil" Respublika müsabiqəsində "Ən fəal region məktəbi\" də seçilib. Respublika üzrə III dəfə keçirilən mesabiqədə bu il 817 layihə iştirak edib. Həmin layihələrdən 112-i nominant seçilib. 16 nəfər isə qalib adına layiq görülüb".
Tədbirin davamında qaliblərin mükafatlarındırılması həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB