Xaricdə təhsil alan ölkə vətəndaşlarının diplomları elektron formada tanınacaq
\"Elektron hökumət\" çərçivəsində Təhsil Nazirliyi tərəfindən bir sıra yeniliklər ediləcək. SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib. O bildirib ki, ediləcək yeniliklərə əsasən, ilk növbədə xaricdə təhsil alan ölkə vətəndaşlarının diplomlarının tanınması və nostrifikasiyasının elektron versiyası hazırlanacaq. Nazirin sözlərinə görə, bundan əlavə, peşə təhsili müəssisələrinə qəbulla bağlı da elektron versiya hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB