\"Bu il müəllimlərin işə qəbulunun regionlar üzrə keçirilməsi mümkün olmayacaq\". SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, cari il vaxt baxımından müəllimlərin işə qəbulunun regionlarda keçirilməsi mümkün deyil: "Müəllimlərin işə qəbulu ilə bağlı ötən ilki prosedurlar daha təkmil formada həyata keçiriləcək. Əsas yenilik o olacaq ki, ötən il müəllimlər imtahan verdikdən sonra minimal bal həddini müəyyənləşdirirdik. Müsabiqədə yalnız bu balı əldə edənlər iştirak edirdi. Bu il isə minimal bal həddini götürdük. Yəni yerimiz olduğu qədər müəyyən bal toplamış insanları işə qəbul edəcəyik. Bundan sonra isə ikinci yerləşdirmə olmayacaq".
M.Mərdanov vakant yerlərin ümumi sayının hələ tam müəyyən olmadığını deyib. Onun sözlərinə görə, hələlik yerlərdən vakant müəllim yerləri ilə bağlı məlumatlar gəlməkdə davam edir. Yekun nəticə ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək.
Nazir bu il vakant yerlərin sayının ötən ildən çox olmasının səbəbinə də aydınlıq gətirib. "Ola bilər ki, bu say yaşla əlaqədar olaraq artıb. Çünki yaş senzi ilə əlaqədar bir çox müəllimlər təqaüdə gedib. Ancaq hansı ixtisaslarda vakant müəllim yerlərinin sayının çox olması ilə bağlı dəqiq məlumat yoxdur", - deyə nazir əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB