Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı və "Bakcell" şirkətinin sponsorluğu ilə Bakıda möhtəşəm buraxılış gecəsi keçirilib. SİA-nın xəbərinə görə, Heydər Əliyev adına İdman – Konsert Kompleksində keçirilən gecədə 4 minə yaxın Bakı məzunu iştirak edib. İki hissədən ibarət olan möhtəşəm gecənin birinci - rəsmi hissəsində BŞTİ-nin müdiri Nailə Rzaquliyevabildirib ki, müasir dünyanın inkişaf tempinə təhsilin sürətli inkişafı öz təsirini göstərir: "Təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımların atıldığı ölkələrdə elmi - texniki tərəqqinin yeni uğurları ilə yanaşı, daha mükəmməl cəmiyyətin formalaşmasına şərait yaranır. Təsadüfi deyil ki, təhsil səviyyəsi hər bir ölkənin inkişafının ən mühüm amili kimi dəyərləndirilir. Müstəqilliyinin 20 ilini artıq qeyd edən Azərbaycan da bu həqiqətin nəticəsini bütün sahələrdə hiss edən ölkələr sırasındadır. Ölkəmizdə təhsilə dövlət diqqət və qayğısı çox yüksəkdir və bu bizdə, bütün təhsil ictimaiyyətində gələcəyə daha böyük inam yaradır".
N.Rzaquliyeva
2011-2012-ci
tədris ilində Bakı məktəblərinin əldə etdiyi uğurlardan danışıb. Qeyd edib ki,
bu ilki buraxılış imtahanlarını nəticələrində görə, Bakı məktəblərini
bitirənlərdən 20-si qızıl medala layiq görülüb. Onun sözlərinə görə, Bakı
məktəbliləri hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə
göstərirlər. Ötən tədris ilində məzunların 55 faizindən çoxu tələbə adını
qazanıb. Qəbul imtahanlarında ən yüksək nəticə göstərən 4 abituriyent Bakı
məktəblərinin məzunları olub.
Daha sonra BŞTİ-nin müdiri Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban Əliyevanın məzunlara təbrik məktubunu oxuyub. Tədbirin davamında orta məktəbi qızıl medalla bitirən məzunlara medallar təqdim
olunub.
Təhsil naziri Misir Mərdanov da məzunları təbrik edərək
onlara gələcək işlərində və həyatlarında uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB