SDU-da VII Beynəlxalq konfrans keçirilib

SDU-da VII Beynəlxalq konfrans keçirilib
Sumqayıt Dövlət Universitetində (SDU) "Ekologiya və həyat fəaliyyətinin mühafizəsi" VII Beynəlxalq Konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda çıxış edən SDU-nun rektoru, professor Nadir Qəhrəmanov əvvəlcə qonaqlara universitetin yaranma tarixi haqqında ətraflı məlumat verib və konfransın əhəmiyyətindən danışıb. Bildirilib ki, universitetdə bu mövzular ətrafında 2000-ci ildən bu yana beynəlxalq konfranslar təşkil olunur.


AMEA-nın Radiasiya problemləri institunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov isə çıxış edərək bu gün SDU-nun Azərbaycan iqtisadiyyatı, sənayesinin inkişafındakı rolundan danışıb. Konfransın əhəmiyyətini qeyd edən direktor konfrans materiallarının ölkəmizdə müvafiq sahənin inkişafına təkan verəcəyinə əminliyini ifadə edib."Azərbaycan Respublikasının radiasiya təhlükəsizliyi problemləri" mövzusunda çıxış edən professor A.Qəribov regional miqyasda bu problemə toxunaraq Ermənistanın "Metsamor" atom stansiyasının region üçün ciddi təhlükə törətdiyini diqqətə çatdırıb.


Daha sonra konfransda beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyevin "Azərbaycanda bərpa olunan enerji mənbələrinin ehtiyatları və ekoloji qiymətləndirmə metodları", Sumqayıt Ekoloji Reablitasiya Mərkəzinin direktoru Arif İslamzadənin "Ekoloji informasiyanın tətbiqi və geoinformasiya sisteminin tətbiqi", Bakı Dövlət Universitetinin müəllimi, professor Rövşən Xəlilovun "Maqnit nanohissəciklərin biogen yolla formalaşması və tibdə istifadəsi perspektivləri" mövzularında çıxışları dinlənilib.


Konfransın işinə SDU-nun elmi işlər üzrə prorektoru professor Yadigar Hüseynov yekun vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə