Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlandı

Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlandı

\"Rusiya ilə təhsil sahəsində son 10 ildəki əməkdaşlığa nəzər salsaq, bu ölkə ilə Azərbaycan arasında təqaüdlər proqramının həyata keçirildiyini görərik\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil nazirinin müavini Qulu Novruzov bildirib. O, qeyd edib ki, bu illər ərzində yüzlərlə azərbaycanlı gənc Rusiyanın müxtəlif ali məktəblərində seçdikləri ixtisas üzrə təhsil alır.

Hazırda 250 azərbaycanlı gəncin məhz bu təqaüdlər çərçivəsində Rusiyada təhsilini davam etdidiyini deyən nazir müavini deyib ki, bunlardan bir hissəsi də TQDK-nın Rusiya Azərbaycanlıları Konqresi ilə birgə təqdim olunan seçim nəticəsində müəyyən olunmuş gənclərdir: \"Onlar əsasən, Rusiyada müvəqqəti olaraq yaşayan, lakin Azərbaycan vətəndaşlığı olan gənclərdir. Eyni zamanda dövlət proqramı çərçivəsində də Rusiyada təhsil alan gənclərlə bağlı qeyd etmək istəyirəm ki, 2007-2015-ci illərdə xaricdə təhsil üzrə dövlət proqramı üçün təsdiq olunmuş ali məktəblər siyahısında Rusiyanın 55 ali məktəbi yer alıb. İndiyədək 90-dək Rusiyanın ali məktəblərinə, xüsusilə də texniki mühəndislik ixtisasları üzrə tələbələr göndərilib. Hazırda isə, 60-a yaxın tələbə məzunlarımız Rusiyada təhsil almaqdadır".

Bütün xəbərlər Facebook səhifəmizdə