Azərbaycanın təhsil sistemində hansı yeniliklər gözlənilir?

Növbəti tədris ilində Azərbaycanın təhsil sistemində çox ciddi yeniliklər gözlənilir. SİA

AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Nazir bildirib ki, bağça və məktəblərdə əsaslı təmir işləri aparılıb, ölkəmizdə təhsil almaq üçün əlverişli şərait yaradılıb.

Təhsildə bir çox innovativ tədbirlərin də nəzərdə tutulduğunu diqqətə çatdıran M.Mərdanov qeyd edib ki, ayrı-ayrı xarici dillərin intensiv tədrisi ilə bağlı yeni proqramların və orta məktəblərin V siniflərində yeni milli kurikulumların tətbiqinə başlanılacaqdır. Hazırda Bakıda və regionlarında bununla bağlı hazırlıq işləri aparılır.

Ali təhsil sistemində adambaşına düşən maliyyələşdirmə ilə bağlı yeniliklərin gözlənildiyini bildirən nazir növbəti ildən dövlət sifarişli ixtisaslar üzrə təhsil alan bir tələbəyə dövlət tərəfindən çəkilən xərcin məbləğinin artacağını vurğulayıb. Tələbələrin təqaüdlərinin artırılması da nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...