Azərbaycanda birinci informasiya təhlükəsizliyi seminarı başa çatdı

Qafqaz Universitetində Birinci informasiya təhlükəsizliyi seminarı keçirilib. SİA-nın xəbərinə görə, Qafqaz Universitetinin BM Technologies, BitDefender, Lancelot Institutu və IEEE Kompüter Cəmiyyətinin Azərbaycan Bölməsi ilə birgə təşkil etdiyi seminarı açılış nitqi ilə salamlayan seminarın təşkilat komitəsinin sədri dos. Abzəddin Adamov bügunki həyatımızın hər bir yerində (iş yerimizdə, ünsiyyətdə, təhsildə, əyləncədə və digər yerlərdə) tətbiq etdiyimiz kompüter şəbələri infrastrukturunda şəxsi, maliyyə və dövlətə məxsus informasiyaların toplanılması, istifadəsi və saxlanılması əsas problemlərdən biri olduğunu qeyd edib.


Giriş sözləri ilə çıxış edən Qafqaz Universitetinin rektoru prof. Dr. Ahmet Saniç və BM Technologies şirkətinin direktoru Elçin Zeynalov informasiya sistəmlərinin təhlükəsizliyinin çöx əhəmiyyətli olduğunu vurğulayıblar. Təşkil edilən seminarın əsas məqsədi uzun illər ərzində əldə edilən dəyərli təcrübələri ali təhsil müəssisələri, dövlət, biznes, özəl sektor və digərləri ilə

paylaşmaq və eyni zamanda sayber aləmdə həssas və məxfi məlumatların qorunması üçün effektiv həllərin tapılması olmuşdur. Seminara 40-dan çox dövlət və özəl müəssisələrdən yüz otuza yaxın əməkdaş iştirak edib.


Yerli təşkilatçılardan olan BM Technologies İnformasiya Təhlükəsizliyi sahəsində artıq bir neçə uğurlar qazanıb. Belə ki "BM Technologies" şirkəti artıq bu sahəni öz əsəs prioritet sahələrindən biri elan etməklə, ilk dəfə Azərbaycan dilində Antivirus proqram təminatı - B.A.K.U. Antivirus proqramının Rus və İngilis dillərində istifadəçi interfeysini hazırlamaqla, məhsulu artıq 3 dildə istifadəçilərə təqdim edib. Bundan əlavə şirkət təqdim etdiyi Digər tərəfdən "BM Technologies" şirkəti dünyanın ən güclü Antivirus Proqram təminatçılarından olan "Bitdefender" şirkəti ilə rəsmi əməkdaşlıq müqaviləsi imzalayıb.


Bununla yanaşı Qafqaz Universiteti 23-26 aprel tarixlərində Munih şəhərində "Dövlət Qurumları ilə Əməkdaşlıq, Vətəndaş və Biznes Cəmiyyətində İnformasiya Təhlükəsizliyinin Təmini və Terrorizminə Qarşı Mübarizə" mövzusunda altıncı beynəlxalq forum və Beynəlxalq İnformasiya Mühafizə Araşdırma Konsorsiumunun (\"IISRC - International Information Security Research Consortium\") təşkil etdiyi beşinci elmi konfransda iştirak edib və eyni zamanda adı çəkilən quruma səlahiyyətli üzv seçilib. Xatırlatmaq istərdik ki, Qafqaz Universiteti 25-27 oktyabr tarixlərində Çinin Çanqşa şəhərində təşkil edilmiş eyni adlı konfransın beşinci

formunda iştirak edib və konsorsium üzvlüyünə müraciət edib. Bununla yanaşı Lomonosov adına Moskva Dövlət Universitetinin İnformasiya Təhlükəsizlik Məsələləri İnstitutu arasında IISRC-in fəaliyyətləri çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.


Əsas təşkilatçılardan olan Qafqaz Universitetinin 17-19 oktyabr tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində təşkil edəcək AICT2012 beynəlxalq konfransında (www.aict.info) İnformasiya Təhlükəsizliyi haqqında yeni sessiyanın yaradılması və s. bu silsilədən olan fəaliyyətlər, təhsil müəssisəsinin ən prioritetli sahələrindən birinə çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə