ATİ-də yekun dövlət attestasiya imtahanı və buraxılış işlərinin müdafiəsinə başlanılıb

Hazırda Azərbaycan Turizm İnstitutu üçüncü məzun buraxılışı ərəfəsindədir. İnstitutun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu il ATİ-də 8 ixtisas üzrə 250-dən çox tələbə məzun adını qazanacaq. İyun ayının 25-də başlanan yekun dövlət attestasiya imtahanı və buraxılış işlərinin müdafiəsində hələlik institutun Linqvistika və Menecment ixtisası üzrə bitirən 48 tələbə-məzunu iştirak edib. Linqvistika ixtisası üzrə bitirən tələbələrdən 4 nəfər diplom işini uğurla müdafiə edib. Ümumilikdə 32 nəfər tələbə yekun dövlət attestasiya imtahanı və buraxılış işlərində müvəffəqiyyət qazanıb.


ATİ-də bu ildən ilk dəfə olaraq 3 ixtisas üzrə magistr dissertasiyasının müdafiəsinə də başlanıb. Yekun dövlət attestasiya imtahanı və buraxılış işlərinin müdafiəsi iyunun 30-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə