Buraxılış imtahanlarının nəticələri açıqlandı

İyun ayının 24-də tam və ümumi orta təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alıblar. Nəticələr TQDK-nın saytında yerləşdirilib.


Qeyd edək ki, buraxılış imtahanı Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaş rayonlarının orta ümumtəhsil müəssisələrində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...