Diqqət, qidalanarkən ehtiyatlı olun!-Araşdırma

Havaların istiləşməsi ilə əlaqədar ticarət obyektlərində sərinləşdirici içkilər və dondurmaların satışı artıb. Amma həmin qidaları susuzluğumuzu yatırmaq üçün qəbul etdikdə onların həyatımız üçün nə qədər təhlükəli olduğunu düşünmürük. Mağazalarda satılan məhsulların keyfiyyətinə, yararlılıq müddətinə nəzarətin olmaması əhali arasında zəhərlənməyə gətirib çıxarır. Görəsən, sakinlər dondurma və sərinləşdirici su alarkən onun keyfiyyət göstəricilərini nəzərə alırmı? Elə bu sualla onların bəzilərinə müraciət etdik. Münasibət bildirənlərin fikirləri demək olar ki, eyni oldu. Onların çoxu yediyinin nəinki keyfiyyətinə, heç tərkibinə də fikir vermir. Lakin bəziləri də onların keyfiyyətinə diqqət yetirdiyini deyib.


Paytaxt sakini Şəhsanə Əliyeva deyir ki, insan hər gün dondurma almır. Ona görə də alanda istəyir ki, ən yaxşısı olsun: "Bəzi dondurmaları tanıdığımdan hansı xoşuma gəlirsə, onu alıram. Qiymət məsələsinə gəlincə, hər kəs öz imkanına görə alır. Kimin imkanı çatırsa, yaxşısın alır, imkanı çox zəifdirsə, ucuzun alır.


Bakı şəhər sakini Teymur Seyidcamalov isə dondurma alarkən ilk öncə onun keyfiyyətinə diqqət yetirdiyini deyib. Onun sözlərinə keyfiyyət dedikdə burada hər şey nəzərdə tutulur: "Onu yemək olarmı?, Pul verib niyə alırsan? və digər məsələləri biləndən sonra onu almaq olar. Dondurma hazırlayarkən onun istehsal qaydalarına riayət olunmalıdır. Onu hazırlayarkən kərə yağı vurmaq lazımdır. Ancaq bəzi istehsalçılar dondurmanı marqarinlə hazırlayır və cammata satır. İnsanlar isə onu ayırd edə bilmir. Bunun da nəticəsi yaxşı olmur".


Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayev də isti günlərdə insanların suya xüsusən də içkilərə, dondurama məhsullarına və meyvə-tərəvəz məhsullarına təlabatının çoxaldığını deyib. Onun firkincə, bu məhsulların insan orqanizminə xeyri olduğu kimi həm də zərəri var. Məhsullar normativ texniki sənədlərə uyğun hazırlanmadıqda, meyvə-tərəvəz məhsullarında gübrələrin qalıq miqdarının olduğu hallarda bu zəhərlənmələrə və insan sağlamlığına mənfi təsirə şərait yarada bilər. Buna görə də, insanlar mütləq bu məhsulları alarkən qablaşdırılmış məhsulların qablaşdırılma görünüşünə xüsusi diqqət yetirməlidir. İstehsal olunduğu yer və son istifadə tarixilə maraqlanmalıdır.


İ.Abdullayev sərinləşdirici içkilər və dondurma alarkən insanları ehtiyatlı olmağa çağırıb. Onun sözlərinə görə, hər hansı məhsul keyfiyyətli istehsal olunsa belə, satışda həyat üçün təhlükəli ola bilər. Bəzi dükan və iaşə obyeklərində sərinləşdirici içkilər və dordurmaların saxlama qaydasına əməl edilmədiyindən bu da insanların səhətinə zərər vura bilər. Əslində, isti aylarda dondurmalar -18 dərəcədə saxlanmalı olduğu halda, bəzi marketlərdə buna əməl edilmir. Həmçinin yay aylarında marketlərdə ərzaqlar saxlanılmasında da bir sıra problemlər olur.


Əhalidən bir daha xahiş olunur ki, hər hansı bir məhsulları qəbul edərkən bu və ya digər qaydalara diqqət etsinlər. Hər bir qida məhsullun istehsal tarixinə də baxmağı unutmayın və əks halda sağlamlığınız təhlükə ilə üzləşə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...