Magistraturaya qəbul imtahanının II mərhələsi başlayıb

Magistraturaya qəbul imtahanının II mərhələsi başlayıb

8529 bakalavr qəbul proqramını seçərək təsdiqlədib


Bu gün ali məktəblərin magistr pilləsinə qəbul imtahanının ikinci mərhələsi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədri Məleykə Abbaszadə imtahanın Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirildiyini bildirib.


Qeyd edək ki, imtahanın ikinci mərhələsində iştirak edəcək bakalavrlar iyunun 4-dən 12-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq etdiriblər. 8529 bakalavr qəbul proqramını seçərək təsdiqlədib. Onlardan 7418 nəfəri Azərbaycan bölməsinin, 1111 nəfəri isə rus bölməsinin məzunudur.


Bakalavrların 3661 nəfərini oğlanlar, 4868 nəfərini isə qızlar təşkil edir. 5110 nəfər ali təhsil müəssisələrinin builki, 3419 nəfəri isə əvvəlki illərin məzunlarıdır.


İmtahan saat 13.00-da başlayıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılacaq. Nəticələr elan olunduqdan sonra bakalavrlar iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına internet vasitəsilə ixtisaslaşma seçimini edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə