Bu gün növbəti buraxlış imtahanı keçiriləcək

Bu gün növbəti buraxlış imtahanı keçiriləcək

Bu gün Azərbayacanda növbəti buraxlış imtahanı keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) XI və IX sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanı Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaş rayonlarının orta ümumtəhsil müəssisələrində olacaq.


Adıçəkilən rayonlar üzrə 10538 nəfər XI sinif şagirdinin buraxılış imtahanında iştirakının nəzərdə tutulub. IX siniflərdə təhsil alan 15018 nəfərdə həmin gün biliklərini sınayacaq.


İmtahan 2 saat davam edəcək. Buraxılış imtahanı ana dili (Azərbaycan dili bölməsinin şagirdləri Azərbaycan dilindən, rus bölməsinin şagirdləri rus dilindən) və riyaziyyat fənləri üzrə keçiriləcək.


Xatırladaq ki, səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyənlər üçün iyulun 4-də buraxılış imtahanı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə