"Bu sistemin quraşdırılması nəticəsində istifadəçilər qısa zaman kəsiyində internetlə səmərəli və sürətli əlaqə yarada bilirlər. Müasir dövrümüzün qabaqcıl texnologiyası hesab edilən simsiz internet şəbəkəsinin universitetimizdə tətbiq edilməsi təqdirəlayiq haldır".
Təqdimat mərasimində həmçinin USAID-in (ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) missiya direktoru Maykl Qrin çıxış edərək müasir informasiyalı cəmiyyətimizdə internetin rolu barəsində danışıb. M.Qrin bildirib ki, onun təmsil etdiyi təşkilat əsasən üç sahə - səhiyyə, iqtisadiyyat, demokratik idarəetmə üzrə müxtəlif layihələri həyata keçirir.
"IREX" təşkilatının xarici ölkələr üzrə direktoru Angela Nikoura isə Azərbaycanda internetdən istifadənin genişlənməsindən söhbət açıb. Onun sözlərinə görə, "IREX" təşkilatı da internetdən istifadə kampaniyasını müvəffəqiyyətlə həyata keçirir: \"Bu kampaniya Azərbaycanın 19 regionunda reallaşdırılıb. Bu gün isə həmin kampaniya Sumqayıtda gerçəkləşdirilib. Azərbaycanda gənclərin elmi axtarışlara, xüsusilə internetə üstünlük verməsi çox sevindirici haldır\". "IREX" təşkilatının xarici ölkələr üzrə direktoru qeyd edib ki, "IREX" təşkilatının əsas layihələrindən biri İnternet köşkləri yaratmaq və onu pulsuz şəkildə istifadəçilərin ixtiyarına verməkdir.
Diskussiyalardan sonra qonaqlar universitet rəhbərliyinə öz təşəkkürlərini bildirib və birgə xatirə şəkilləri çəkdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB