Kardioloqlar qəfləti ürək ölümünü müzakirə edəcək

İyun aynın 23-24-də Bakıda "Mədəcik aritmiyaları və qəfləti ürək ölümü"mövzusunda konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, Azərbaycan Kardiologiya Cəmiyyəti və Türkiyə Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə Hilton oteldə baş tutacaq konfransda yerli mütəxəssislərlə yanaşı, Türkiyədən dəvət olunmuş həkimlər də çıxış edəcəklər. Konfransda paytaxt Bakının, həmçinin digər şəhər və rayonların klinika və xəstəxanalarında çalışan kardioloq və kardio-cərrahlar iştirak edəcək.

İki gün davam edəcək Konfransda"Xronik işemik ürək xəstəliyində ani kardiak ölüm", "Kəskin koronar sindromlar zamanı rast gəlinən mədəcik aritmiyalarının proqnostik əhəmiyyəti", "Orqanik ürək xəstəliyi olmayan xəstələrdə ani kardiak ölüm", "İdmançılarda ani ürək ölümü", "Mədəcik taxikardiyalarında dərman müalicəsi:Yeniliklər və ya gələcək gözləmlər nələrdir?", "Müasir tibbdə mədəcik aritmiyaların müalicəsində cərrahiyyənin yeri" və digər mövzular ətrafında mühazirələr oxunacaq, müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə