"Bizə valideynlər tərəfindən çox zaman müraciətlər edirlər ki, attestatların yazılması niyə gecikir. Ölkə prezidentinin fərmanına əsasən, məlumat bazaları bizə Təhsil Nazirliyi tərəfindən təhvil verilməli idi. Biz qeyd etmişdik ki, həmin təhsil bazaları TQDK-ya veriləndə müəyyən dəqiqləşmələr aparılacaq. Bu dəqiqləşmələr indiyə qədər də aparılır. Yalnız Bakı üzrə imtahan verən 20 mindən çox şagirdin 1800-nün ad-soyadlarında və atalarının adlarında uyğunsuzluqlar aşkar olunub". APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, burada texniki səhvlər də ola bilər: "Amma bazada bir hərf ayrıdırsa, bu artıq ayrı insan kimi qəbul olunur. Təhsil Nazirliyinin TİMS elektron bazası neçə illərdir fəaliyyət göstərir və onun strukturu çox gözəldir. Amma bazada olan məlumatların düzgünlüyü, dəqiqliyi reallığa uyğun deyil. Bu işlər çox ciddi işlərdir. Hər bir rayon təhsil şöbəsi öz məzunlarının əvvəlki illərdəki illik qiymətlərini biz verdiyimiz bazaya daxil etməli idilər. TİMS-də bu məlumatlar elektron formada olmalı idi. Amma bu məlumatlar bizə verilməmişdi və rayon təhsil şöbələri tərəfindən təzədən yığılır. Biz məntiqi yoxlamalar keçiririk. Dünən Bakı üzrə məntiqi yoxlamalarda 800 nəfərin qiymətləri ilə əlaqədar uyğunsuzluqlar aşkar edilib. Bu gün səhər artıq mənə məlumat verilib ki, Bakı üzrə baza artıq təmizlənib. TQDK-nın bazasında olan məlumatlar isə çox təmizdir. Çünki bu baza sonradan avtomatik olaraq tələbə-məzun bazasına keçəcək. Bu bazada isə səhvlər ola bilməz. Bakı üzrə belədirsə, rayonların təhsil bazaları necədir, bunu bilmirik".
TQDK sədri deyib ki, bu gün Bakı üzrə məlumatlar elektron formada Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Təhsil Nazirliyinə veriləcək və onlar şagirdlərə attestat verə biləcəklər. Bu prosesi daha da tezləşdirmək üçün TQDK hər məktəbə aid olan elektron və çap olunmuş formalar hazırlayıb. Uşaqlara elektron attestatlarla yanaşı, real attestatlar da veriləcək. Amma qəbul imtahanları zamanı TQDK-ya real attestatlar lazım olmayacaq. Çünki oktyabr ayından TQDK hər bir müraciət edən uşağa elektron formada onun attestat faylını verə biləcək. İndi bu xidməti göstərməyə bizim texniki imkanımız var. Gələcəkdə bu məlumatları ayrıca serverdə yerləşdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB