Bəzi mətbuat orqanı BŞTİ haqqında yanlış informasiyalar yayır - TƏKZİB

Bəzi mətbuat orqanı BŞTİ haqqında yanlış informasiyalar yayır - TƏKZİB

Son günlərdə bəzi kürləvi informasiya vasitələrində Bakı Şəhəri üzrə Təhsil İdarəsi haqqında dəqiqləşdirilməmiş informasiyalar dərc edilib. Təhsil İdarəsindən SİA-ya bildiriblər ki, BŞTİ-nin mətbuata açıq idarələrdən biri olmasına baxmayaraq informasiyanın dəqiqləşdirilmədən verilməsi təəssüf hissi doğurur. Yayılan informasiyalarda göstərilən faktlar həqiqəti əks etdirmir, böhtan və iftiradır.


Məqalədə adı çəkilən şəxslərin göstərilən məsələlərlə əlaqəli olması barədə məlumatlar isə tamamilə yanlışdır.


Təhsil İdarəsi bir daha bildirir ki, bütün məsələlər BŞTİ-nin tam nəzarətindədir, araşdırma aparılıb və nəticəsi barədə mövcud qanunvericiliyə uyğun bütün tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə