Abel Məhərrəmov hər iki valideynini itirən tələbələrin təhsil haqqının ödənilməsi barədə danışdı

Hər iki valideynini itirən tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı Milli Məclisdə qanunun hazırlanması çox müsbət haldır. SİA-nın xəbərinə görə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Abel Məhərrəmov deyib ki, bu gün Azərbaycan inkişaf edir, sosial-iqtisadi məsələlər, problemlər aradan qaldırılır. Onun sözlərinə görə, bu müstəvidə İlham Əliyevin Milli Məclisə göndərdiyi layihələr parlament tərəfindən də bəyənilir. A.Məhərrəmov vurğulayıb ki, hər iki valideynini itirən şəxslərin həm təhsil haqqı, həm də digər problemlərinin həlli bu gün olduqca aktualdır.


Bu qanunun həm dövlət, həm də özəl ali məktəblərə cəlb olunmasına gəlincə, rektor qeyd edib ki, bunu yalnız qanun layihəsi tam qəbul olunduqdan sonra deyə bilərik. Qanun layihəsinin müzakirəsi tam başa çatdırılmadığından bu barədə hələ ki bir söz demək tezdir.

Bütün xəbərlər Facebook səhifəmizdə