BDU bir qrup mətbuat nümayəndəsini mükafatlandırdı

Bu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycan milli mətbuatının banisi, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin 170 illik yubiley tədbiri və \"Universitetin dostu\" mükafatının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin xalqımızm mədəni-ictimai fıkir tarixinə dəyərli töhfələr verən Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən danışıb.


Rektor qeyd edib ki, Həsən bəy Zərdabi redaktoru olduğu \"Əkinçi\" qəzetini nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoyub, dövrün ziyalılarını bu qəzet ətrafında birləşdirərək mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynayıb. Jurnalistikanı dünyanın ən təhlükəli, həm də çox şərəfli və məsuliyyətli peşə hesab edən Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin senzuranın ləğv olunması haqqında qərarından, Azərbaycan jurnalistlərinə qayğının çox yüksəldiyi son illərdə jurnalistikanın cəmiyyət arasında mövqeyinin yüksəlməsindən danışıb.


A.Məhərrəmov kütləvi informasiya vasitələrinin Bakı Dövlət Universitetinə olan münasibətindən, universitet haqqında dolğun və davamlı məlumatların respublika ictimaiyyətinə lazımi səviyyədə çatdırılmasında jurnalistlərin xidmətlərindən də danışıb və \"Universitetin dostu\" mükafatının məhz buna görə təsis edildiyini vurğulayıb. Rektor 10 nəfər KİV rəhbərinin \"Universitetin dostu\", bir qrup jurnalistin isə fəxri fərman və hədiyyəyə layiq görüldüyünü diqqətə çatdırıb.


Sonra \"Klassik Azərbaycan jurnalistikası ənənələri və müasirlik\" mövzusunda Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev məruzə ilə çıxış edib. Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova isə universitet-mətbuat münasibətlərindən, mətbuat və informasiya şöbəsinin fəaliyyətindən, \"Universitetin dostu\" mükafatının təsis edilmə zərurətindon bəhs edib.


Tədbirin davamında \"Universitetin dostu\" mükafatı təqdim cdilib. Bakı Dövlət Universiteti haqqında obyektiv, dolğun və davamlı məlumatlar yayımladığına, elmin, təhsilin inkişafına göstərdiyi qayğıya görə, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, \"Space\" Müstəqil Teleradio Şirkəti MMC-nin prezidenti Vaqif Mustafayev, \"Azad Azərbaycan\" Teleradio Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlı, \"Lider\" TV və Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyev, \"Respublika\" qəzetinin baş redaktoru Teymur Əhmədov, \"Yeni Azərbaycan\" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, \"Ekspress\" qəzetinin baş redaktoru Qəzənfər Bayramov, \"Azərbaycan müəllimi\" qəzetinin baş redaktoru Bayram Hüseynzadə, Modern.az internet portalının baş redaktoru Elşad Eyvazlı, Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğlu \"Universitetin dostu\" mükafatına

layiq görülüblər.


Fəaliyyət göstərdikləri KİV-də BDU haqqında obyektiv və davamlı yazılarına görə, isə bir qrup mətbuat nümayəndəsinə fəxri fərman verilib. BDU-nun fəxri fərman və hədiyyəsinə layiq görülənlər arasında \"Səs\" İnformasiya Agentliyinin əməkdaşı Könül Cəfərova da var.

Bütün xəbərlər Facebook səhifəmizdə