Abel Məhərrəmov: \"Valideynlər bu sistemin tələbələrindən kifayət qədər məlumatlı deyillər\"
"Azərbaycan təhsili tam olaraq Boloniya sisteminə keçib ki, bunun da özünəməxsus qaydaları var. Belə ki, Boloniya sisteminə keçiddən sonra ali məktəblərə daxil olan tələbələrn sayı 4 il sonra məzunların sayından xeyli fərqlənir". SİA-nın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin rektoru, professor Abel Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.
Bütün dünya ölkələrində bunun müşahidə olunduğunu deyən rektor bildirib ki, əgər xarici universitetlərdə bir il 1000 nəfərə yaxın tələbə ali məktəbə qəbul olursa, onların yalnız 200 nəfəri ali təhsil ocağını 4 il müddətinə bitirir. Qalan 8000 nəfər isə ali məktəbi bir neçə ilə başa vura bilir.
"Azərbaycanda da Boloniya sisteminə keçid Bakı Dövlət Universitetində müəyyən statistikanı ortaya çıxarıb. Belə ki, Bu il Bakı Dövlət Universitetini 4 minə yaxın məzun bitirəcək ki, onların da 35%-i ali təhsili 4 il ərzində başa vura bilməyənlərdir. Müxtəlif fakultələrdə bu rəqəmlər dəyişilir. Belə ki, universitetin hüquq fakultəsində bu rəqəm 50%, riyaziyyatda 35% və digər olur. Belə nəticələrin alınması da əsasən Boloniya sisteminin tələblərindən və tələbələrin bununla bağlı kifayət qədər məlumatlı olmamasından irəli gəlir. Bu, fikrimcə, yaxşıdır. Çünki bu hallar dünya təcrübəsində və Boloniya sistemində mövcuddur", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB