“Məzun-2012\" əmək yarmarkası keçirilib

Bu gün Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində ənənəvi olaraq "Məzun-2012\" əmək yarmarkası keçirilib. SİA-nın verdiyi məlumata görə, artıq 6-cı ildir ki keçirilən əmək yarmarkasında 80-dən çox holdinq, şirkət, bank və dövlət qurumları 35 universitetin 3000-dən çox məzunlarına 800-ə yaxın iş yeri təklif edilib.


Ötən illərdən fərqli olaraq bu il əmək yarmarkasında ilk dəfə olaraq Türkiyə, Gürcüstan, Rusiya və Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib. Məzunlar dövlət qurumlarında işə qəbul üçün CV-lərini İqtisad Universitetində yarmarkada iştirak edən şirkətlərə çatdıra bilib. Sonrakı mərhələlər isə Dövlət Qulluğu Komissiyasında keçirilərək. Sonra məzunların işə qəbuluna başlanacaq.


Əmək yarmarkasında çıxış edən gənclər və idman naziri Azad Rəhimov yarmarkanın keçirilməsinin önəmindən danışıb: "2006-cı ildən keçirilən "Məzun-2012\" əmək yarmarkası" gənclərin böyük marağına səbəb olub və onların kariyerasının inkişafına dəstək verir".


Həmçinin nazir gənclərin işlə təmin olunmasının Azərbaycanın gələcəyi üçün ən vacib sahələrdən biri olduğunu vurğulayıb və yarmarkanın keçirilməsinin ölkə prezidentinin gənclərə göstərdiyi qayğının bir göstəricisi onduğunu qeyd edib.


Daha sonra təhsil nazirinin müavini Qulu Novruzov çıxış edərək, yarmarkada iştirak edən gənclərin əmək yarmarkasından razı qalacaqlarını bildirib: "Bu gün 800-ə yaxım vakant iş yeri üçün 2000-dən çox məzunun iştirak edəcəyi nəzərdə tutulur. Artıq 2007-ci ildən başlayaraq məzunların işlə təmin oluunması ümumrespublika səviyyəsində həyata keçirilir. Bu bizim və respublikamız üçün çox önəmli bir haldır".


Nazir müavini ali məktəblər arasında kifayət qədər kadr hazırlığının formalaşdığını və universitetlər arasında yaxşı mənada rəqabət yarandığını deyib: "Ali məktəblər arasında bu sahədə ciddi rəqabət var. Biz də bu rəqabətin daha uğurlu olacağına inanırıq".


Gənclər və İdman Nazirliyi ilə Azad Sahibkarlar Konfederasiyası arasında qarşılıqlı əməkdaşlıq barəsində müqavilə imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə