Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Xocavənd, Yevlax, Agcəbədi, Agdam, Bərdə, Tərtər, İmisli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan rayonlarında orta ümumtəhsil müəssələrində 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib.
SİA-nın verdiyi məlumata görə, TQDK-nin sədri Məleykə Abbaszadə bu gün Sabirabad və Saatlı rayonlarında buraxılış imtahanlarını izləyib.
Buraxılış imtahanı Azərbaycan bölməsinin şagirdləri üçün ana dili, rus bölməsi üçün rus dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırıgı təqdim olunub. Bundan əlavə şagirdlərə təqdim olunan mövzu üzrə yazı işi yerinə yetirilib. Nəticələr isə internet sayıtında yerləşdiriləcək. İmtahanın müddəti 2 saat test tapşırıqlarının yerinə yetirilməsinə isə 1 saat 30 dəqiqə, yazı işinə isə 30 dəqiqə vaxt ayrılıb. Yazı işi balla qiymətləndirilir. Bundan əlavə şagirdin test tapşırıqlarına verdiyi düzgün və ya səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətə müyyən ediləcək. Üzürlü səbəbdən iştirak etməyənlər isə iyunun 4-də təkrar imtahan verəcək.
TQDK-nin sədri jurnalistlərə açıqlamasında əvvəl Sabirabadın kənd məktəbində olduğunu bildirib və: "Həmin məktəbləri təbii fəlakət zamanı sel aparmışdı və sonradan bərpa olunub. İmtahana uşaqların bəzilərinin gecikməsi qeydə alınıb və biz onları imtahana buraxırıq. Mən ümidvaram ki, bugünki imtahanlar bizə uşaqların real biliklərini ölçməyə imkan verəcək. Bizə vacibdir ki, bu regionda təhsilin səviyyəsini qaldırmaq üçün əvvəlcə məzunların səviyyəsini öyrənək. Bizim üçün 11-ci sinfi bitirən məzunlarla 9-cu sinfi bitirən şagirdlərin bilik səviyyəsini qiymətləndirmək çox əhəmiyyətlidir. Ötən dəfə Qərb zonasında keçirilən imtahanlar zamanı araşırmamızın nəticələri onu göstərdi ki, 9-cu sinifi biitirənlərin bilik səviyyəsi çox aşağıdır. Bizim məqsədimiz uşaqları cəzalandıraraq atestat vermək deyil. Əsas məqsədimiz ondan ibarətdir ki, təhsilin real səviyyəsini, uşaqların real biliyini ölçək, 10-11-ci sinfi bitirən uşaq nəyi bacarır və 9-cu sinifə gəlib çatan uşaq nəyi bacarır. Mən əvvəlki imtahanlarda müşahidə etdim ki, 9-cu sinif şagirdi cavab kartını doldura bilmir. Bu çox xoşagəlməz faktlardır və təəssüf ki, biz bunun şahidi olmuşuq. Həm də burada uşaqların sənədsiz imtahana gəldiyini müşahidə etdim. Aprel ayında təhsil şöbələrinə, Daxili İşlər Nazirliyinə müraciət etsək də uşaqların sənəd almasında problemlər var", - deyə qeyd edib.
Növbəti imtahan iyunun 24-də Şəki zonasında, 29-da isə Cənub bölgəsində keçiriləcək və TQDK sədri valideyinlərə müraciət edərək uşaqlarının sənədlərinin almalarının vacib olduğunu bildirib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB