\"Qan donoru qəhrəmandır\"

"İRƏLİ" Gənclik Mərkəzində Qızıl Aypara Cəmiyyəti, Qan Donorları Assosiasiyası və "İRƏLİ" Tibb Klubu \"Ümumdünya Qan Donoru Günü\" ilə əlaqədar \"Qan donoru qəhrəmandır\" şüarı altında tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Qızıl Aypara Cəmiyyətinin "Sağlamlığ və Qayğı" şöbəsinin müdiri Mətanət Qaraxanova, Qan Donorları Assosiasiyasının sədri Fuad Əskərov, BMT-nin nümayəndəsi Nərgiz Qafarova, "İRƏLİ" Tibb Klubunun rəhbəri Nigar Əliyeva, "İRƏLİ" İctimai Birliyinin Nəzarət Komissiyasının sədri Xəqani Fərəcov və üzvü Dünya Fərzəliyeva iştirak ediblər.


İlk öncə klubun rəhbəri Nigar Əliyeva sözügedən mövzunun hər zaman klubun diqqət mərkəzində olduğunu qeyd edərək, bu günə qədər bununla bağlı keçirilən bir sıra tədbirlərdən söz açıb. Daha sonra NK-nın sədri Xəqani Fərərcov və üzvü Dünya Fərzəliyeva "İRƏLİ" İctimai Birliyinin daim gənclərin sağlamlığına xüsusi diqqət ayırdığını və mövzunun önəmliliyini qeyd ediblər. Qan Donorları Assosiasiyasının sədri Fuad Əskərov donorluqla bağlı aparılan işlər, bu sahədə olan inkişaf və problemlər barədə iştirakçılara məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə