Günvurmayla bağlı xəbərdarlıq edildi

Günvurmayla bağlı xəbərdarlıq edildi

İyun ayının ilk 15 günü ərzində 15 nəfəri gün vurub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov SİA-ya deyib ki, bu ayın əvvəlindən 15 nəfər günvurma faktı ilə stansiyaya müraciət edib. Günvurma ilə müraciət edənlər arasında uşaqlar yoxdur. Lakin içlərində bir əcnəbinin olduğu müraciət edənlərin hamısı ilkin tibbi yardın göstərildikdən sonra evə buraxılıb. M.Həmidov qeyd edib ki, günvurma ilə bağlı ölüm faktı qeydə alınmayıb.


Son günlər havaların isti keçdiyini nəzərə alan baş həkim əhaliyə müraciət edib: "Etiyac olmadığı təqdirdə saat 11.00-dan 17.00-a qədər açıq günün altında gəzmək olmaz. Mümkün qədər çox maye qəbul edin. Məsləhətdir ki, qazlı, şirəli suları günün qızmar çağında çox qəbul etməyin. Əsasən adi və ya qaynadılmış su və ayrana üstünlük verin".


Qeyd edək ki, yalnız ötən gün 8 nəfər günvurma diaqnozu ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə