Almaniyanın Mannheim və Heidelberg şəhərlərində "Biliyə Əsaslanan Səhiyyə Naminə" şüarı ilə Gənc Təbiblərin II Forumu təşkil ediləcək. SİA-nın xəbərinə görə, 14-15 iyul tarixlərində baş tutacaq forumun məqsədi vizionu səhiyyə idarəetməsi və fərqli tibbi ixtisaslar sahəsində mövcud olan ən müasir biliklərin ölkəmizə transfer edilməsi və millətimizin sağlamlığı naminə tətbiq edilməsinə töhvə verməkdir. Forum həm də dünyanın müxtəlif ölkələrində təhsil alan və işləyən azərbaycanlı gənc həkimlər arasında, eləcə də onlarla ölkəmizin səhiyyə qurumları arasında dinamik və yaradıcı ünsiyyətin formalaşmasına çalışır.
Foruma ölkəmizin hökumət və özəl səhiyyə qurumlarının, Tibb Universitetinin, Təhsil Nazirliyinin nümayəndələri dəvət ediləcək. Bu da imkan verəcək ki, xaricdə təhsil alan gənc həkimlərimiz ölkəmizdəki potensialla yaxından tanış olsun və individual əməkdaşlıq layihələri formalaşdırıla bilsin. Bu məqsədlə II Forumda unikal \"Körpü seminarları\" təşkil ediləcək. Körpü seminarları Azərbaycanda və xaricdə çalışan həkimlərimizə müxtəlif ixtisaslar üzrə bilik mübadiləsi aparmaq, birgə elmi fəaliyyət imkanlarını araşdırmaq, yeni təlim üsullarının müzakirəsi üçün imkan yaradır. Hər bir seminar, tərəfdaş Alman klinikası tərəfindən təşkil ediləcək və iştirakçılar klinikaların gündəlik fəaliyyəti ilə yaxından tanış olacaqlar.
I. \"Mürəkkəb Cərrahiyyəyə gedən yol\" (15-17 İyul 2012). Heidelberg Universitetininin Mannheim Tibb Fakültəsinin Cərrahhiyyə Mərkəzi. Seminarda alman professorları ilə mürəkkəb qaraciyər, mədəaltı vəzi cərrahi əməliyyatlarının təşkili, inkişaf etməkdə olan ölklərdə orqan transplantasiyasının xüsusiyyətləri, "Beyin Ölmünün" hüquqi və praktiki aspektləri kimi məsələlər müzakirə ediləcək.
II. \"Radiologiyanın Yenilikləri\" (16-17 Iyul 2012). Seminarda Heidelberg Universitetinin Mannheim Tibb Fakültəsinin Radiologiya və Nüvə Təbabəti Institutunun professorları tərəfindən "State of Art" mühazirələr oxunacaq (PET-CT, Cardio-CT, 3Tesla MRT, 4D Angio MRT) və instituta səfər təşkil ediləcəkdir. Bundan əlavə, 13-14 İyul 2012 tarixində Mannheim Universitet Tibb Fakültəsinin Radiologiya və Nüvə Təbabəti İnstitutunun təşkilatçılığı ilə keçirilən "Cross-Sectional" görüntüləməninin Yenilikləri Beynəlxaq Konfransında iştirak təmin ediləcək: http://www.mr-pet-ct.com/
III. \"Qastroenterologiyanın Yenilikləri\" (15-16 Iyul). Seminar Heidelberg Universitetinin Mannheim Tibb Fakültəsinin Qastroenterologiya Mərkəzində keçiriləcək və İltihabi bağırsaq xəstəliklərinin müalicəsi, virus hepatitlərinin müalicəsinə müasir yanaşma, qaraciyər transplantasiyasından sonraki dövrdə xəstələrin aparılması mövzusunda mühazirə və müzakirələr təşkil ediləcək.
IV. \"Ginekologiyanın Yenilikləri\" (15-16 Iyul). Seminar Heidelberg Universitetinin Mannheim Tibb Fakültəsinin Ginekologiya Mərkəzində təşkil ediləcək və ginekologiyanın müasir problemləri haqqında "State of Art" mühazirə və müzakirələr planlaşdırılır.
V. \"Tibb Tələbələri üçün Cərrahi Tikiş Kursu\" (15-16 Iyul). Təlim Heidelberg Universitetinin Mannheim Tibb Fakültəsinin Cərrahiyyə Mərkəzi vasitəsilə azərbaycanlı tibb tələbələrinə "Davamlı Tibb Təhsili"nin elementlərini nümayiş etdirmək və gənc alman həmkarları ilə gələcək əməkdaşlığa şərait yaradan bir platformadır.
VI. \"Tibb Təhsili Haqqında Açıq Hava Müzakirəsi\" (15-16 Iyul). Seminar Heidelberg Universitetinin Mannheim Tibb Fakültəsinin və Heidelbeg Fakültəsinin tibb təhsili sahəsində təcrübəsi ilə tanış olmaq və Almaniyada təhsil və karyera imkanlarını araşdırmaq üçün bir platformasıdır. Seminar Heidelbergin qədim Şəhər Qalasında (Schloss) açıq havada təşkil ediləcək.
VII. \"Müasir Tibbi Tədqiqatlara aparan yol\" (15-16 Iyul). Seminar Heidelberg Universitetinin Mannheim Tibb Fakültəsinin və Mannheim Tətbiqi Elmlər İnstitutunun müasir elmi tədqiqatlar sahəsində bilik və təcrübə mübadiləsi aparmaq üçün platformadır və Mannheim Tətbiqi Elmlər İnstitutunda təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB