Bu gün Azərbaycan Dillər Universitetində 15 İyun – Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev Milli Qurtuluş günü haqqında iştirakçılara məlumat verib. XX əsrin 90-cı illərində Azərbaycandakı siyasi vəziyyətin olduqca mürəkkəb olduğunu xatırladan Ə.Əliyev həmin dövrdə dövlətçiliyimizin məhv olmaq təhlükəsi altında olduğunu bildirib. Ölkə üçün ağır günlərdə dəfələrlə ziyalıların böyük siyasətçi Heydər Əliyevə müraciət etdiklərini deyib.
Tarix kafedrasının dosenti Qorxmaz Mustafayev də ümummilli lider Heydər Əliyevin azadlıq uğrunda apardığı mübarizədən danışıb. Tarix kafedrasının müəllimi Namiq Kərimov çıxışı zamanı qeyd edib ki, Heydər Əliyevi böyük şəxsiyyətə çevirən onun dövlətçilik düşüncəsi idi. Heydər Əliyevin qarşısında duran başlıca vəzifələr dövlətdə siyasi sabitlik yaratmaq, atəşkəs elan olunması və iqtisadi dağınıqlığı aradan qaldırılması olduğunu deyən Namiq Kərimov Ümummilli liderin hakimiyyəti dövründə Konsitutysiyanın qəbul olunmasından danışıb. 1 saylı İngilis dili fakültəsinin I kurs tələbəsi Fidan Ağayeva çıxışında Azərbaycan xalqının müstəqilliyinin əldə olunmasında Ümummilli lider Heydər Əliyevin rolunun yüksək olduğunu vurğulayıb.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB