ATİ-də “Azərbaycanın dövlət müstəqilliyi əbədidir” mövzusunda açıq dərs keçirilib

Bugün Azərbaycan Turizm İnstitutunda 15 iyun Milli Qurtuluş Günü münasibətilə "Azərbaycanın dövlət müstəqilliyi əbədidir" mövzusunda açıq dərs keçirilib. ATİ-dən SİA-ya verilən xəbərə görə, açıq dərsi universitetin İctimai fənlər kafedrasının dosenti, tarix elmləri namizdə Məhərrəm Zülfüqarlı açıb. ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov isə çıxışına başlamazdan əvvəl tələbələrə belə bir sualla müraciət edib: \"Sizlərin doğum tarixi neçənci ilə təsadüf edir?\"


Rektorun sualına tələbələrdən bir qismi doğum təvəllüdünün 1994-cü il olduğunu bildirib. Rektor C.Cəfərov isə bildirib ki, o tarixi həm görüb, həm də yaşayıb: \"Siz tələbələrin qismətinə isə bugün bizlərdən eşitdikləriniz və yazılanları oxumaq düşüb. Dünyada yüzlərlə xalq yaşayır. Ancaq yer kürəsində təxminən 200 dövlət var. Deməli, hər bir xalqa öz müstəqil dövlətini qurub-yaratmaq, onun vətəndaşı adını daşımaq nəsib deyil. Azərbaycan xalqı bu baxımdan xoşbəxtdir. Bir əsrdə müstəqil dövlətini iki dəfə qurmaq şansı qazanıb. Nə yazıqlar ki, 1918-ci ilin 28 mayında qurulan Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşaya bilib. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Amma biz o xalqlardanıq ki, yenidən öz müstəqilliyini bərpa etmək iqtidarında olmuşuq. 71 ildən sonra imperiya tərəfindən qəsb olunmuş dövlət müstəqilliyimizi yenidən bərpa edə bilmişik. Azərbaycan hər zaman dünyanın güc mərkəzlərinin marağında olub. Unutmayaq ki, şərt azadlığı, müstəqilliyi qazanmaq deyil, onu qoruyub saxlamaqdı. Məhz ulu öndər Heydər Əliyevin böyük siyasi uzaqgörənliyi və idarəetmə bacarığı sayəsində 1993-cü il 15 iyun tarixində Azərbaycan məhv olmaq, parçalanmaq təhlükəsindən xilas ola bildi. Bununla da ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, beynəlxalq əlaqələrinin genişlənməsi sahəsində böyük uğurlara imza atdı\".


"Azərbaycanın müstəqilliyi əbədidir" mövzusuna həsr olunan açıq dərs geniş diskussiya şəraitində yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə