Səbail İH-in və İqtisad Universitetindən şagirdlərə dəstək

Səbail İH-in və İqtisad Universitetindən şagirdlərə dəstək

Milli qurtuluş günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət İqtisad Universiteti birgə layihəyə başlayıb. SİA-nın xəbərinə görə, layihə çərçivəsində Səbail rayonunun orta məktəblərində təhsil alan aztəminatlı ailələrin 100-dən çox uşağı üçün 1 aylıq pulsuz kompyuter və xarici dil kursları işinə start verilib. Universitetin müasir avadanlıqlarla təchiz olunan auditoriyalarında gənc müəllim və magistrlər məktəblilərə məşğul olacaq, onlar universitetdəki dərs prosesi ilə yaxından tanış olacaqlar.


Məşğələlərin fəaliyyəti dövründə uşaqlara gündə bir dəfə pulsuz nahar da veriləcək. Məşğələlərin keçiriləcəyi fənn kabinələri ilə yaxından tanış olan qonaqlar, şagirdlərin valideynləri və rayonun pedaqoji işçiləri yaradılan şəraitdən razı qalıblar. Uşaqlar yaş qruplarına bölünərək məşğələlərə başlayıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə