Komitə sədri: “Gəncləri xaricə göndərməklə problemi həll etmək mümkün deyil ”-MÖVQE
Bu gün Azərbaycanda yüksək ixtisaslı elmi kadrların hazırlanması çox ciddi məsələdir. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. O bildirib ki, bu problemi yalnız proqramlar qəbul etmək, gəncləri yalnız xaricə göndərməklə həll etmək mümkün deyil. Ş.Hacıyevin sözlərinə görə, bu məsələyə kompleks və sistemli yanaşmaq lazımdır.
"Elə etmək lazımdır ki, savadlı gənclər elmə axın etsinlər. Bunun üçün gənclərimizə geniş imkanlar, əlverişli şərait yaradılmalı, güzəştli şərtlər irəli sürülməlidir. Gənclərimizin əməkhaqqı problemi, sosial təminatı, mənzillə təmin olunma məsələsi və digər problemlər həll olunmalıdır. Milli Məclisdə müzakirəyə çıxarılacaq Elm haqqında qanun layihəsində bu məsələlər hüquqi müstəvidə öz həllini tapacaq. Bu müddəaları hazırlayarkən ölkə rəhbərinin bu sahədə konkret fikir və göstərişləri nəzərə alınıb", - deyə MM-in komitə sədri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB